Binəqədi Rayon Azadlıq prospektində yerləşən 200/36 saylı binanın sakinləri onlara söz verilən konpensasiyanın ödənilməməsinə etiraz olaraq aksiya keçiriblər.
 
BAKU.WS məlumat verir ki, aksiyada sakinlər onlara dəymiş zərərin hələ də ödənilmədiyini bildiriblər.
 
Yanğın zamanı bir neçə sakinin avtomobilinə və obyektinə zərər dəyib. Aidiyyatı qurumlar zərərçəkənlərə dəymiş maddi ziyanı ödəyəcəklərinə söz versələr də ödəməyiblər. Sakinlərin sözlərinə görə, aiddiyyatı qurumlara bir neçə də dəfə müraciət etsələr də onların şikayətinə baxılmayıb.
 
Qeyd edilib ki, bundan əvvəl, avqustun 15-də aksiya keçirsələr də onlara vəd verilib. Lakin göründüyü kimi verilən vəd yerinə yetirilməyib.   
 
Ayşən Ayxan
BAKU.WS