Meşədən meyitləri tapılan gənclər əminəvəsi olub
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda ailə üzvləri tərəfindən axtarışda olan 29 yaşlı Xəzər Mirzəyev və yeniyetmə qızın meşədən meyitləri tapılıb.
Baku TV-nin məlumatına görə, atası 29 yaşlı Xəzərin Lənkərana getmək adı ilə evdən çıxdığını deyib.
"Dedi ki, anam Lənkərandadır mən də onun yanına gedirəm. Bir gün sonra ona zəng çatmadı. Eşitdim ki uşaqlar yoxdur. Dedilər Bakıya gediblər. Nə qədər zəng etsəm də zəng çatmadı. Dünən xəbər çatdı ki, uşaqların meyitləri tapılıb...".
Qeyd edək ki, meyitlər Pataloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra onların ölüm səbəbləri məlum olacaq.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...