Bu gün "Qarabağ"ın Avrokubok taleyi həll olunur - Davam, yoxsa tamam?

Bu gün Qarabağın Avrokubok taleyi həll olunur - Davam, yoxsa tamam?
İdman 45

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda Ukraynanın "Dinamo Kiyev" klubunu qəbul edəcək.

Kiyevdəki ilk görüşdə 0:1 hesabı ilə məğlub olan "Qarabağ" Bakıda bu nəticəni dəyişməyə çalışacaq. Matç saat 20:00-da başlayacaq.

Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Stüart Attvell olacaq.

"Qarabağ" mərhələni keçəcəyi təqdirdə pley-offda "Tvente" - DAC 1904 cütünün qalibi ilə üz-üzə gələcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər