Bakının yanan binasında təmir bitdi (FOTO)
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanan 16 mərtəbəli binada təmir işləri tam başa çatıb.
BAKU.WS-in məlumatına görə, "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin sahə rəisi Sənan Şükürov "Report"a açıqlamasında bildirib ki, binanın içərisində olan bütün işlər bitib, hazırda təmizlik işləri aparılır.
Binanın həyətində abadlıq işlərinin aparıldığını deyən sahə rəisi qeyd edib ki, tikinti şirkəti binanı yaxın günlərdə təhvil verəcək: "Rəsmi açılış tarixini isə müvafiq qurumlar müəyyənləşdirəcək".
S.Şükürov vurğulayıb ki, binanın mənzillərində ev üçün lazım olan bütün avadanlıqlar quraşdırılıb, mebel dəstləri yerləşdirilib, elektrik avadanlıqlarından isə paltaryuyan maşın və elektriklə işləyən qaz sobası və s. quraşdırılıb.
Onun sözlərinə görə, elektrik, istilik xətləri, lift sistemi də hazırdır.
Qeyd edək ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş vermişdi. Nəticədə 4-ü azyaşlı olmaqla, 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.
Oxşar xəbərlər
Sumqayıt-Bakı qatarının vurduğu qadının kimliyi bilindi
Bu gün saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə - Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən hadisə baş verib. "...