Gəncədə binalar yenidən poliuretanla üzlənir (FOTO)
Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50 ünvanındakı binanın fasadını yenidən penoplastla üzləməyə başlayıblar. BAKU.WS-in məlumatına görə, şəhər sakinlərindən biri həmin binadan çəkdiyi fotoları "Azadlıq" radisouna göndərib. O yazır ki, binaların tezalışan poliuretan üzlüklərlə üzlənməsi işləri mayın 19-da Bakıda 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra dayandırılsa da yenidən başlanıb. Bakıdakı həmin dəhşətli yanğından sonra prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmiş və bu qəbildən olan materiallarla üzlənmiş bütün binaların fasadlarının sökülməsi tapşırılmışdı. Söküntü işləri bir neçə həftə ərzində başa çatdırılmışdı.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Prezident liseydə olub (FOTO)
Prezident İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış o...