"Wednesday"in ulduzu tanınmaz hala qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Wednesday" serialı ilə dünya şöhrəti qazanan amerikalı aktrisa Jenna Orteqanın son görüntüləri diqqət çəkib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı aktrisanın əvvəlki dövrlə müqayisədə xeyli çəki itirdiyi və görünüşündə nəzərəçarpacaq dəyişiklik olduğu bildirilib.
Uşaqlıq yaşlarından aktyorluğa başlayan Jenna Orteqa "Iron Man 3", "You", "The Fallout", "X" və "Scream" kimi ekran işlərində rol alıb. Onun karyerasında əsas dönüş nöqtəsi isə 2022-ci ildə yayımlanan "Wednesday" serialı olub. Aktrisa Tim Börtonun ekran işində Uensdey Addams obrazını canlandıraraq dünya üzrə böyük populyarlıq qazanıb.
Orteqanın son görüntülərində üz cizgilərinin daha incə, almacıq sümüklərinin isə daha qabarıq göründüyü qeyd olunub. Onun çəki itirməsi bəzi pərəstişkarlarında səhhəti ilə bağlı narahatlıq yaradıb.
Aktrisanın səhhəti və çəki itkisi ilə bağlı hər hansı açıqlaması isə yoxdur.
Oxşar xəbərlər
Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı
Holivud ulduzu Dueyn Conson son dövrlərdə səhhətində yaşadığı problemlər və xarici görünüşdəki dəyişikliklə gündəm olub. BAKU.WS xəbər verir ki, yeni filmi üçü...