Ağ Evin mətbuat katibi Tramp administrasiyasını tərk edir
ABŞ Prezidenti Donald Trampın administrasiyasında Ağ Evin mətbuat katibi vəzifəsini tutan Karolin Livitt ayın sonunda postunu tərk edəcək.
BAKU.WS "Associated Press"ə istinadən xəbər verir ki, 28 yaşlı Livitt qərarını iki azyaşlı övladına daha çox vaxt ayırmaq istəyi ilə əlaqələndirib.
Livitt sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, may ayında ikinci övladı - Viviana adlı qızı dünyaya gəldikdən sonra Ağ Evə qayıdıb. O, mətbuat katibi vəzifəsinin tələb etdiyi yüksək temp və diqqəti iki azyaşlı övladının ehtiyacları ilə eyni vaxtda qarşılamağın çətin olduğunu qeyd edib.
"Bu, acı-şirinli bir qərardır", - deyə Livitt bildirib.
Donald Tramp da Livittin qərarını anlayış və hörmətlə qarşıladığını açıqlayıb. ABŞ Prezidenti onun bundan sonra da yaxın çevrəsində rol alacağını bildirib.
Tramp Livittin "əsas xarici məsləhətçilərindən biri" və Respublikaçılar Partiyasında təsirli fiqur kimi fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Karolin Livitt Ağ Evin tarixində bu vəzifəni tutan ən gənc şəxsdir. O, Trampın 2024-cü il prezident seçki kampaniyasına qoşulmazdan əvvəl onun tərəfdarı olan MAGA Inc. super siyasi fəaliyyət komitəsində sözçü kimi çalışıb.
Hazırda Tramp administrasiyası Livittin yerinə kimin təyin ediləcəyini açıqlamayıb.
Oxşar xəbərlər
Rusiyada həbsdə olan Elman Paşayevin "Range Rover"i hərraca çıxarıldı
Rusiyada həbsdə olan azərbaycanlı vəkil Elman Paşayevin həbs qoyulan "Range Rover" markalı avtomobili açıq hərraca çıxarılıb. BAKU.WS "Gazeta.ru"ya istinadən xə...