VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Facebook-un qurucusu Mark Zuckerberq, sosial şəbəkədəki paylaşımlara fərqli reaksiyaları ifadə etmək məqsədiylə, "bəyənmə" düyməsinin yerinə 6 yeni smaylik üzərində çalışdıqlarını bildirib.

BAKU.WS məlumat verir ki, Zuckerberq, Facebook istifadəçilərinin maraqla gözlədiyi "bəyənməmə" düyməsi yerinə alternativ smayliklər haqqında öz hesabında qısa bir video paylaşaraq məlumat verib.

Mark uzun zamandan bəri bir çox Facebook istifadəçisinin özündən "bəyənməmə" düyməsini tələb etdiyini deyib:
 
Həmçinin bildiyimiz "like" funksiyası da 7 fərqli smayliklə əvəzlənəcək. 

İlk olaraq yeni funksiyalar İspaniya və İrlandiyada test ediləcək. Daha sonra digər istifadəçilərə təqdim olunacaq.
 
BAKU.WS