Mollanı Facebook-a görə məsciddən qovdular

Mollanı Facebook-a görə məsciddən qovdular
Sosial 1278

Misirdə müəzzin azanı səhv oxuduğu üçün işindən uzaqlaşdırılıb.

BAKU.WS məlumat verir ki, misirli müəzzin sabah azanında "Namaz yuxudan daha xeyirlidir" qismini dəyişdirərək "Namaz Facebook-dan daha xeyirlidir" kimi oxuyub. Mahmud Əl Moqhaz adlı müəzzin vəzifəsindən uzaqlaşdırılaraq haqqında cinayət işi açılıb. 

Məscid camaatından biri bazar günü bir televiziya kanalında canlı yayıma qatılaraq Moqhaziyi kafir olmaqla günahlandırıb. Ona görə camaatın məscidə getmədiyini söyləyib.

Müəzzin isə bu iddialara qarşılıq olaraq onun haqqında bunları deyən şəxsin Seyit Qazi Məscidinə davamlı gəlmədiyini deyib. 

Heç vaxt Facebook sosial şəbəkəsindən istifadə etmədiyini bildirən müəzzin, qatıldığı verlişlərin birində aclıq aksiyasına başladığıını deyib. Müəzzin Misir prezidentinə müraciət edərək onu qəbul etməsini xahiş edib.

Ayşən Ayxan

BAKU.WS

Son xəbərlər