SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda xidmət göstərən "BakuBus” avtobuslarında gedişhaqqı "BakıKart” vasitəsilə ödənilir. Bu da bəzən vətəndaşlar arasında problem yaradır. Çünki hələ çox insanda bu kartlar yoxdur. Bu səbəbdən də, əhalinin çox sıxlaşdığı avtobus dayanacaqlarda ödəmə aparatları quraşdırılıb.

"BakuBus” şirkətindən BAKU.WS-ə verilən məlumata görə, həmin aparatlar ölçüsünə görə böyükdür və onların bütün daanacaqlarda quraşdırılması məqsədəuyğun deyil. Bu səbəbdən də, yalnız əhalinin çox olduğu ərazilərdə belə aparatlar quraşdırılacaq.

Digər dayanacaqlarda isə həmin aparatlar quraşdırılmayacaq. Onların əvəzinə dayanacaqların yaxınlığında Bakı şəhər İcra Hakimiyyətinə aid köşklərdə daşına bilən, balaca terminallar olacaq. Həmin terminallar vasitəsilə vətəndaş həm yeni "BakıKart” ala biləcək, həm də karta pul yükləyəcək.


Şirkətdən bildirdilər k, qısa zaman ərzində bu tip problemlər tamamilə həll ediləcək. Bundan sonra vətəndaşlar nə avtobusların gec gəlməsi, nə də sürücü ilə pul qalığına görə mübahisə etmək kimi problemlərlə rastlaşmayacaqlar.

Ziya Səccad

BAKU.WS