Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırması nəticəsində qol nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərib və 2 ay əvvəl Vətənə qayıdıbmış.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanın tanınmış iqtisadçı-eksperti vəfat etdi
Azərbaycanın tanınmış iqtisadçı-eksperti, Oxu.Az saytının əməkdaşı Pərviz Heydərov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı ekspertin yaxınları m...