FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA
Bu il çimərlik mövsümündə FHN-in nəzarət etdiyi çimərlik ərazilərində sudaboğulma halı qeydə alınmayıb.
BAKU.WS xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, xilasedicilərin çevik müdaxiləsi nəticəsində bu il su hövzələrində xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 31 faiz artaraq 73 nəfərdən 107 nəfərə yüksəlib:
"Xüsusilə, çimərlik mövsümündə sudaboğulma təhlükəsi ilə üzləşən və xilas edilən şəxslərin sayı 70-dən 97-yə çatıb ki, bu da təxminən 39 faiz artım deməkdir".
Oxşar xəbərlər
Xəzərdə insanların batma təhlükəsi daha çox olan ərazilər - SİYAHI
Xəzər dənizində çimənlər üçün təhlükəli hesab olunan bir sıra ərazilərin adları açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN)...