SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda tamaşaçıları qazandıracaq yeni online telekanal "Priz TV" açılır. 


BAKU.WS-in müsahibi "Art Bakers” kompaniyasının kreativ direktoru və Azərbaycanda tezliklə yayıma başlayacaq online televiziya olan Priz TV-nin yaradıcısı Nicat Xəlilovdur.

- Nicat bəy, online olan Priz TV-nin yaranması  ideyası sizdə necə yarandı? 

-Bu ideya məndə bir müştərinin TV-də reklam yerləşdirməsindən imtina etdikdən bir müddət sonra ona təklif edilən məbləğın 3 qatını "Art Bakers”-ə ödəyərək sosial şəbəkədə yayımlanması üçün reklam sifariş edəndə yarandı. Məhz bu hadisə online televiziya yaratmağımız üçün güclü təkan oldu. Bu gün insanlar sosial şəbəkələrdə çox vaxt keçirir və həyatlarını onsuz təsəvvür etmirlər. Amma biz daha əvvəllər vaxtımızın çox hissəsini televizor qarşısında keçirirdik. Zaman dəyişdikcə tələbləri də dəyişir. Priz TV  mənim və "Art Bakers”-in komandası üçün irəli atılan növbəti bir addımdır və mən bu layihəyə çox ümidliyəm. Bu nə qədər təvazökarlıqdan uzaq olsa da biz digital marketinqdə bu sferanın "a”-dan "z”-dək bilən profesionallarıq. Belə fikirləşirəm ki, online efirdə də öz sözümüzü deməyin vaxtı gəlib çatıb. Açıq danışacam, ən əvvəl mən online tv-nin tam əleyhinə idim. Nə vaxtsa mənim yanıma bu ideya ilə gələn bir çox insanlar oldu ki, nə onlar nə də mən bu işdən necə pul qazanmığın mümkün olduğunu bilmirdik. İndi mən təkcə özümün yox, həmçinin də tamaşaçıların Priz tv-də reklama baxaraq necə qazanacaqlarını bilirəm. Amma bu barədə tamaşaçılar kanalımız canlı efirə çıxdıqdan sonra daha dəqiq məlumat əldə edəcəklər. Bir sıra köhnə verlişlər var ki, artıq onlara maraq azalıb. Biz bu verlişlərin daha müasir formasını digitala keçirtdik ki, insanlar baxsınlar və qazansınlar. Bizim sloqanımız "baxmaqdan qazanacaqsınız"-dır.

- Sizcə onlayn televiziyanın adi televiziyadan üstünlüyü nədədir? 

- Məncə Televiziyanı artıq internetə keçirməyin vaxtıdır. İndiyə qədər çox telekanallar açılıb və bağlanıb. Mən əvəllər internet televiziyası olan Yurd TV-də işləmişəm. Əvəllər internet televiziyalarının formatı düzgün deyildi. Belə ki, Azərbaycanda olan internet televiziyaları eynilə televiziya formatında verilişlər təqdim edirdilər ki, onlara da internetdə baxmırdılar. Halbuki bu verilişlər geniş izləyici auditoriyası əldə  etmək üçün daha qısa, dinamik və maraqlı olmalıdırlar. Mən belə qərara gəldim bir televiziya açmaq lazımdır. Öz-özümə sual verdim ki, mənim üstünlüyüm nədə olacaq?, mənə nə üçün baxacaqlar? Bütün bu sualları düşündükcə belə qərara gəldim ki, elə bir sistem yaratmalıyam ki, insanlar baxmaqdan qazansınlar. Tamaşaçılar bizim kanala baxdıqda priz qazanmaq şansı əldə edəcəklər. Fasebook canlı yayım funksiyasını yaradandan sonra biz komandamız ilə birlikdə gecə-gündüz bunu necə işə, biznesə  çevirə bilcəyimiz haqda düşünürdük. Belə qərara gəldik ki, biz ən əvvəl avadanlıq almalıyıq. Düzdür bu bizə maliyyətcə çox baha başa gəldi. Kifayət qədər bahalı texniki avadanlıq aldıq ki, Facebook-a professional studiyadan professional strim edək. Biz vaxtilə efirdə olan bir çox verilişlərin ideyasını götürüb müasir formaya salmışıq. Əsas verilişlərimiz canlı yayımlanacaq. Amma bəzi verilişlər var ki, onlar çəkilişlə efirə veriləcək.

- Priz TV-nin formatı nə olacaq, hansı verilişlər yayımlanacaq?

- Priz TV-nin rəsmi sahifəsi adme.ru formatına uyğun olacaq,  Youtube və Fasebook-da canlı yayımlanacaq.  Məsələn: "Cibəgir" verlişində aparıcı Umka Haciyeva 10 cibi olan kostyum geyinəcək və onlardan 5-də priz olacaq. Verilən suala doğru cavab verən ilk tamaşaçıya yalnız cibin nömrəsini söyləmək qalır. Əgər həmin cib doludursa o zaman zəng vuran tamaşaçı priz qazanacaq. Efirə edilən zənglər və smslər təmalilə pulsuz olacaq. Priz TV-nin gəlir mənbəyi reklam olacaq. "Mobifan" verlişi  mobil texnikanın icmalına hərs olunub. Bu verlişdə insanlara  hansı cihazın nə işə yaradığını göstəririk. Bu verilişlə biz insanlara texnikalar arasında seçim etmək imkanı yaradırırq.  "Fitnə" verilişinin əsas mövzusu isə fitnesdir. Bu verilişdə biz həm qadınlara, həm də kişilərə düzgün qidalanmağın və hansı idman üslublarına müraciət etməyin doğru olduğunu izah edəcəyik. Bizim bütün verilişlərimizdə priz olacaq. Tamaşaçıların priz udmaları üçün müxtəlif müsabiqələr təşkil ediləcək. Tibbə aid də bir layihə reallaşdırmağa çalışırıq. Hazırda təəssüf ki, Azərbaycan internet məkanında tibbə aid kifayət qədər maaifləndirici video-dərslər yoxdur. Düzgün İlk tibbi yardımın necə göstərilməsı haqda insanlarımız məlumatsızdırlar. Buna görə də bu cür maarifləndirici bir verliş hazırlamağı planlaşdırırıq. Günorta saat 1-in yarısı efirə çıxacaq digər bir verlişimiz də var ki, insanlar işdən bizim canlı yayıma qoşularaq verlişin efirdə olduğu yarım saat müddətində qalib gələrək biznes lanç qazana biləcəklər. Efirimizdə intellektual verlişin də olması planlaşdırılır.

- Prizlər nələr olacaq? 

- Prizlər danışıq kartları, 100 manat məbləğındə pul, müxtəlif telefon dükanlarından akssesuarlar, müəyyən marketlərdən 30-50 manatlıq bazarlıq kartları, biznes lanç olacaq.

- Buna görə sizin kanal Priz TV adlanır? 

- Həmçinin buna görə də. Bizə lazım idi ki, kanalın adı sadə, belə demək mümkünsə, bəsit  səslənsin. Priz sözü necə səslənirsə, elə də yazılır. Buna görə də internetdə axtarmaq çətin olmayacaq. Amma əsas fakt oldur ki, kanala baxan tamaşaçılar priz qazanmaq imkanına malik olacaqlar.

- Sizin kanalda  hansı tanınmış simaları görə bilərik? 

- Cibəgir verlişinin aparıcısı Umka Hacıyevadır. Umka Haciyeva internetdə kifayət qədər tanınmış simadır. Priz TV-nin kreativ direktoru Əlixan Rəcəbovdur. Onu sosial şəbəkələrdən bir sıra videoları ilə tanıyırsıznız. Kifayət qədər məşhur vinerdir. Çox dərin düşüncəli bir insandır. Biz Əlixana məhz ona görə müraciət etdik ki, onun bütün videolarında insanlara hansısa bir sosial mesaj var. O siyasətdən danışmir, amma insanların özünün tərbiyəsinə çox önəm verən bir insandır. Buna görə də biz Əlixana müraciət etdik. Biz özümüz ulduz yaradacağımız üçün komandamızda musiqiçi, viner, hətta proyektlərin meneceri rolunda çıxış edən politoloqumuz da var. İndidən deyim ki, Priz tv  əyləncəli kanal olduğu üçün bizim kanalın efirində siyası verilişlər yer almayacaq.
 

  


- Gələcək planlarınız nələrdir? 


- Bizim kanal sırf gülüş, əyləncəyə köklənmış kanal olacaq. İndi bütün dünyada insanların bir problemi var ki, onlar düşünmək istəmirlər. Bizim əsas məqsədlərimizdən biri də odur ki, insanları bir balaca düşündürək. Bizim bütün videolarımızda hansısa mesajlar olacaq. Tamaşaçı efirə düşmək üçün hansısa bir suala cavab verməlidir. Bu özü də hardasa bir maarifləndirmədir. Planlarımız böyükdür. Ən əsas planımız isə Azərbaycandan Rusiyaya və Qazaxıstana rus dilində yayım etməkdir. Bu isə 6 aydan sonraya planlaşdırılır. İstəyirik ki, ordan da Azərbaycana xarici valyuta daxil olsun. 

Onu da xüsusi qeyd etmək istəyirəm ki, marketoloqlar uçun öz target qruplarına məhsullarını çatdırmaq uçun bizim vasitəmizlə ideal şərait yaranıb. Hər bir yöndə və hər bir  tamaşaçı auditoriyasını maraqlandıracaq verlişlərimiz var. Azərbaycanda bu gün əksər televiziyalar siyasidır. Amma sırf əyləncə üçün nəzərdə tutulmuş kanal demək olar ki, yoxdur. Buna görə də biz buna baş vurduq. Marketoloqlar məhsul haqda məlumatın nə qədər insana çatdığını rəqəmlərlə də öyrənə bilərlər. Bu mənada ideal şərait yaradılıb.
Mən bu biznesdə marketinq tərəfdən profesionalam. Ərafımda da  profesionallar yığışıblar. Çalışmışam ki, qaymaqları götürüm. Onlar çox tanınmasalar da işlərində mütəxəsisdirlər. Bu ideyanı reallaşdırmaq üşün çox böyük maliyyə vasitəsinə ehtiyacımız var idi. Amma əlimizdə o qədər investisiya yox idi. Mən Facebook-da xəyalımdakı layihəni resllaşdırmaqdan ötrü investor axtardığım barədə bir status yazdım və məbləğı qeyd etdim. İnsanlar bu statusu paylaşmağa başladılar. Mənim heç tanımadığım bir insan mənimlə görüşüb danışmaq istədiyini yazdı. Biz görüşdük və 2-ci görüşdə artıq razılığa gəldik. Mən əmin oldum ki,  Azərbaycanda bizə, gənclərə inanan insanlar var.  Mən o statusu ümidsiz yazmışdım. Amma gözlədiyimin əksi oldu. Bu insan təkcə maddi tərəfdən deyil, həmçinin də yeni iş sistemini qurmaqda da bizə çox yardımçı oldu. Mən və bizim kollektivimiz  bizə olan ümidləri doğrultmağa çalışacağıq. Bizim tezliklə baş tutacaq ilk efirimizi qaçırmayın. Priz qazanmaq istəyirsinizsə Priz TV-ni izləyin.