Makaronun içindən diri siçan balaları çıxması iddiasına MÜNASİBƏT - YENİLƏNİB - VİDEO

Makaronun içindən diri siçan balaları çıxması iddiasına MÜNASİBƏT - YENİLƏNİB - VİDEO
Video
Sosial 930

“Azərsun Holdinq” “Saville” makaronunun qablaşdırmasında siçanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Şirkətdən bildirilib ki, makaron məhsulları çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırılıb.

“Bunu nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media orqanlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək” - şirkətin açıqlamasında qeyd olunur.

***19:25

Alınan makaronun içindən diri siçan balaları çıxıb.

BAKU.WS-in məlumatına görə, bu iddia sosial şəbəkədə yayılıb.

Diri siçan balalarının makaron qablaşdırılmasının içinə necə düşdüyü isə məlum deyil.

Yayılmış görüntülərlə bağlı münasibət öyrənmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə bildirildi ki, məsələ agentlik tərəfindən nəzarətə götürülüb: "Sosial şəbəkədə yayılan bu görüntü ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

5774 Sosial 18:43 27 may 2022

Son xəbərlər