Bakı sakinləri üçün XƏBƏRDARLIQ - Səhər 06:00-dək...

Bakı sakinləri üçün XƏBƏRDARLIQ - Səhər 06:00-dək...
Sosial 3713

Bu gündən saat 15-00-dan etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunur. Qasırğa günün fərqli saatlarında da davam edəcək.

BAKU.WS xəbər verir ki, az səviyyəli qasırğa gecə 00-00-a dək davam edəcək.

Bundan sonra sabah saat 06:00-a qədər isə zəif səviyyəli geomaqnit qasırğası müşahidə ediləcək.

Məlumata görə, 27 iyul səhər saat 06-00-dan avqustun 1-dək isə paytaxtda sadəcə geomaqnit qasırğasının kiçik dalğaları hiss olunacaq.

Yəni növbəti 6 gün ərzində şiddətli geomaqnit qasırğası müşahidə olunmayacaq.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

Oxşar xəbərlər

Son xəbərlər