Hüseyn Həsənovun mənzili və avtomobilləri əlindən alına bilər

Hüseyn Həsənovun mənzili və avtomobilləri əlindən alına bilər
Sosial 252

Rusiyanın Federal Vergi Xidməti bu ölkədə fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovun avtomobillərini və mənzilini məhkəmə yolu ilə müsadirə etmək niyyətindədir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, müsadirə ödənilməmiş borca görədir.

Artıq Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə fərdi sahibkar Həsənova qarşı icraata başlayıb.

Xidmət bloqerdən Moskva şəhərindəki 124 kvadratmetrlik mənzilini, həmçinin "Rolls-Royce Cullinan" (2020) və "Chevrolet Tahoe" (2022) markalı iki avtomobili ala bilər.

Bundan əvvəl vergi orqanları H.Həsənovun dörd bankdakı hesablarını bloklayıb. Onun Federal Vergi Xidmətinə 144 milyon rubl (təxminən 2,9 milyon manat) məbləğində borcu yığılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gündən Azərbaycanda BU TƏLƏBLƏR qüvvəyə minir

Bu gündən Azərbaycanda BU TƏLƏBLƏR qüvvəyə minir

Bu gündən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib. BAKU.WS xəbər verir ki, bu, “Avtomobil nəqliyyatı haqqında” qanu...

76 Sosial 08:44 01 oktyabr 2023

Son xəbərlər