SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır.

Bu barədə "Report"un yerli bürosuna “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.

Müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Hal-hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti bir neçə avtomobil yollarında fəsadlara səbəb olub.

İntensiv yağıntılar nəticəsində avtomobil yollarında sel sularının yolları yuması, özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb.

BAKU.WS