Hava şəraiti ilə bağlı Daşkəsəndə yollarda yaranmış məhdudiyyət aradan qaldırılıb

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
BAKU.WS Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə (10-15-ci km-lər), yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çovdar-Çaykənd və Dəstəfur-Qıyıxlı avtomobil yollarında sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara ziyan dəyib.
Sözügedən yollarda yaranmış problemlə bağlı ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Oxşar xəbərlər
Quba rayonu ərazisində yollarda yaranmış məhdudiyyətlər aradan qaldırılıb - VİDEO
11 iyun tarixində ölkə ərazisində bəzi yerlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Quba rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqli...
