Araz çayının İmişlidən keçən hissəsində suyun səviyyəsi artıb
Araz çayının İmişli rayonundan keçən hissəsində suyun səviyyəsində artım müşahidə edilir.
"Report"un Muğan bürosu xəbər verir ki, bununla bağlı Bəhrəmtəpə hidroqovşağında suyun səviyyəsinin nizamlanması üçün işlər aparılır.
Belə ki, intensiv yağıntılarla əlaqədar olaraq ötən gün axşam saatlarından etibarən çayda suyun səviyyəsi artmağa başlayıb.
Araz çayında bu gün suyun axımı saniyədə 400 kubmetrə yaxınlaşıb. Hər hansı bir təhlükənin qarşısını almaq üçün hidroqovşaqdakı ötürücü qapılar vasitəsi ilə suyun nizamlanması işləri görülüb.
Hazırda çayın İmişlidən keçən hissəsində suyun səviyyəsi ilə bağlı hər hansısa təhlükə yoxdur.
Oxşar xəbərlər
Kürdə suyun azalması ölkənin kənd təsərrüfatına necə təsir edəcək?
Son zamanlar Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi gündəmə çevrilib, baxmayaraq ki, son iki gündə çayda suyun səviyyəsi 20 santimetrdən bi...