TƏBİB-in İcraçı direktoru: Doğum evlərində əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır
Doğum evlərində göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə deyib
Onun sözlərinə görə, tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur.
"Müvafiq instansiyalarla birgə və eləcə də daxili nəzarət tədbirləri nəticəsində belə hallarla ciddi mübarizə aparılır və qəti tədbirlərimiz bundan sonra da davam etdiriləcəkdir. Doğum evlərində, cərrahi əməliyyatlar və stasionar xidmət zamanı göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır" - deyə TƏBİB-in İcraçı direktoru vurğulayıb.
Oxşar xəbərlər
TƏBİB-in idarə olunması qaydası müəyyənləşib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsin...