SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı beynəlxalq forum keçirilir.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak edirlər.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, forumun əsas məqsədi tullantıların “qapalı zəncir"lə idarə olunmasının təşviqidir: "Bunun üçün beynəlxalq təcrübədən də istifadə olunur. Bizim əsas prioritetlərimizdən biri “yaşıl iqtisadiyyat”a keçidlə bağlıdır. Tullantılardan yeni məhsulun alınması əsas məqsədlərdəndir. Bunun üçün regionlarda da tədbirlərin təşkili lazımdır”.
 
Forum iki gün davam edəcək, sonda “Sıfır tullantı: Bakı təşəbbüsü” sənədi qəbul olunacaq..
BAKU.WS