SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bakıda qəzalı vəziyyətdə olan 219 bina söküləcək. 

BAKU.WS-in Spase TV-yə istinadən verdiyi xəbərə görə, Nərimanov rayonunda yerləşən 219 istismar müddəti bitmiş, şəhərin arxitekturasına yaraşmayan qəzalı vəziyyətdə olan 1-2 mərtəbəli binalar 5 il müddətində sökülülərək yeni 12-16 mərtəbəli binalarla əvəzlənəcək. Söküləcək 219 yaşayış binası 3028 mənzildən ibarətdir, həmin ünvanlarda isə  11 min 31 nəfər  sakin  yaşayır.
 
Artıq qəzalı vəziyyətdə olan binaların sökülməsi və yenidən tikilməsi prosesinə start verilib. Hündür və çox mənzilli yaşayış binaların layihələndirilməsi və inşası üçün müvafiq torpaq sahələri binaları inşa edəcək şirkətlərin istismarına verilib. Bir sıra ünvanlarda sakinlərlə bağlanmış müvafiq  müqavilələr əsasənda onların köçürülməsi və ərazinin boşaldılması prosesinə başlanılıb.

Arzu Mirzəyeva
BAKU.WS