Qramı 280 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR

Qramı 280 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR
Açıqlama
Sosial 58

Qızılın qiymətinin yüksəlməsi zərgərlik bazarında alıcı fəallığına təsir göstərib. BAKU.WS-in məlumatına görə, qızıl mağazalarının sahibləri son dövrlərdə müştəri sayında azalma müşahidə edildiyini bildirirlər. Bahalaşma fonunda vətəndaşlar zinət əşyası alarkən daha ehtiyatlı davranmağa başlayıblar.

Eyni zamanda, bazarda qızılını satmaq istəyənlərin sayında da artım müşahidə olunur. Qiymətlərin yüksəlməsindən yararlanmaq istəyən bəzi vətəndaşlar əllərində olan qızıl məmulatlarını satışa çıxarırlar. Bu isə bazarda alqı-satqı prosesinin istiqamətinə təsir edən əsas amillərdən birinə çevrilib.

BAKU.WS-in məlumatına görə, paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılovun sözlərinə görə, alıcıların daha çox üstünlük verdiyi məhsullar sırasında 585 əyyarlı, xalq arasında "Türk qızılı" kimi tanınan qızıl xüsusi yer tutur. Hazırda bu qızılın bir qramının satış qiyməti 165-170 manat arasında dəyişir:

"Bazarda tələbat olan digər məhsul isə 750 əyyarlı italyan qızılıdır. Onun bir qramı hazırda mağazalarda 255-260 manata təklif edilir. Zərif işlənməsi və müasir dizaynı bu növ qızılı, xüsusilə gənclər arasında populyar saxlayır.

Yüksək əyyarlı qızıllara gəldikdə isə 918 əyyarlı ərəb qızılı diqqət çəkir. Öz keyfiyyəti və xarakterik görünüşü ilə seçilən bu məhsulun qiymətində də artım qeydə alınıb. Bir müddət əvvəl qramı 260 manata satılan ərəb qızılının hazırkı qiyməti 280 manatdır".

Qeyd edək ki, bazarda diqqət çəkən əsas məqamlardan biri də qızılın alış və satış qiymətləri arasındakı ciddi fərqdir. Vətəndaşların satmaq üçün mağazalara təqdim etdiyi qızıl məmulatları satış qiymətindən xeyli aşağı məbləğdə qiymətləndirilir.

Hazırda 585 əyyarlı qızılın alış qiyməti qram üçün təxminən 131 manat təşkil edir. Beləliklə, qızılın bazar qiymətinin yüksəlməsi bir tərəfdən alıcıların daha ehtiyatlı davranmasına səbəb olsa da, digər tərəfdən əlində qızıl olan vətəndaşların satışa marağını artırır.

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər