Söküləcək binalara görə verilən kompensasiya ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

Söküləcək binalara görə verilən kompensasiya ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Açıqlama
Sosial 52

"Əvvəlki illərdə kvadratmetr üçün təxminən 1500 manat səviyyəsində olan ödənişlər hazırda Bakı üzrə orta hesabla 2700 manat civarındadır. Lakin bu rəqəm bütün ərazilər üçün eyni deyil".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ərazinin yerləşməsi, daşınmaz əmlakın xüsusiyyətləri və digər amillərdən asılı olaraq kompensasiya məbləği daha aşağı və ya daha yüksək ola bilər:

"Kompensasiyanın müəyyənləşdirilməsi bir neçə mərhələdən keçir. Bunun üçün müvafiq Nazirlər Kabineti yanında komissiyanın rəyi, investorla mülkiyyətçi arasında aparılan danışıqlar və müstəqil qiymətləndirmə şirkətinin müəyyən etdiyi əmlak dəyəri nəzərə alınır. Nəticədə tərəflər arasında razılaşma əsasında kompensasiya məbləği müəyyən edilir və söküntü prosesi bu çərçivədə davam etdirilir".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər