Bakıda blokdan 650 manatlıq velosiped oğurlanıb - ANBAAN VİDEO

Bakıda blokdan 650 manatlıq velosiped oğurlanıb - ANBAAN VİDEO
Video
Hadisə 139

Baş verən oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə vətəndaşın müraciəti daxil olub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, əməli törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

***17:30

Bakının Xətai rayonunda velosiped oğurlanıb.

BAKU.WS-ə məlumat verən şikayətçi Cavid Məmmədov bildirib ki, hadisə avqustun 6-da saat 23:30 radələrində Babək prospekti, bina 64, mənzil 124 ünvanında baş verib.

Onun sözlərinə görə, həmin ünvandan velosiped oğurlanıb. Oğurlanan velosipedin dəyərinin 650 manat olduğu bildirilir.

Hadisə ilə bağlı 34-cü Polis Bölməsinə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər