Bred Pitt: "Evləndiyim üçün çox peşmanam, gərək... "
Hollivud ulduzu Bred Pitt şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, o həmkarı Ancelina Coli ilə ailə həyatı qurmağın həyatındakı en böyük səhv olduğunu etiraf edərək gündəmi silkələyib.
Boşanma prosesinin ona var-dövlətinin yarısına başa gəldiyini vurğulayan ulduz aktyor kədərini bu sözlərlə ifadə edib:
"Evləndiyim üçün çox peşmanam, gərək subay qalardım...".
Açıqlamasında övladlarının cinsiyyət və kimlik dəyişmə proseslərinə qarşı çıxdığını bildirən Pitt, Colinin uşaqları ona qarşı qaldırdığını iddia edib.
Keçmiş cütlük arasındakı gərginlik uşaqların bəzilərinin "Pitt" soyadından rəsmən imtina etməsi ilə daha da kəskinləşib.
Bredin bu sensasion etirafları sosial şəbəkələrdə böyük əks-səda doğurub.
Bəziləri Pitti dəstəkləsə də, böyük əksəriyyəti Ancelinaya tərəf çıxıb.
Oxşar xəbərlər
Bu məşhur aktyor "A.B.İ" ilə ekranlara qayıdır
Aktyor Kenan İmirzalıoğlunun yeni serialının heyətinə tanınmış aktyor qatılıb. BAKU.WS xəbər verir ki, baş rollarını Kenan İmirzalıoğlu, Diren Polatoğulları və...