Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli görüş davam edir - FOTO
Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüş işini davam etdirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, üç gündür ki, davam edən tədbirin ilk iki günü Bakıda keçirilib.
Tədbirin yekun günündə Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təcrübəsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində nailiyyətləri müzakirə olunacaq.
Xatırladaq ki, iyunun 19-da tədbirin ilk günü ərzində üç panel müzakirəsi keçirilib və bu panellərdə iqlim dəyişikliyinin təsirlərin yumşaldılması, uyğunlaşma və dayanıqlılıq, həmçinin onun su ehtiyatlarına, biomüxtəlifliyə və ərzaq təhlükəsizliyinə təsiri müzakirə edilib. Tədbirin ikinci günündə isə dörd panel müzakirəsi keçirilib. Bu panellərdə iqlim dəyişikliyində elm, texnologiya və innovasiyaların rolu, qida və kənd təsərrüfatı sektorlarında vəziyyət, eləcə də maliyyə məsələləri müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
Ulu öndərin 100 illik yubileyinə həsr olunan simpozium keçirilib
Gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfda...