AMB sədri: "Dünyada təbii fəlakətlər ciddi maliyyə itkilərinə səbəb olur"
Dünyada baş verən təbii fəlakətlər həm əhali, həm biznes, həm də dövlətlər üçün ciddi maliyyə itkilərinə səbəb olur.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
"Belə bir dövrdə ekoloji-sosial və idarəetmə amillərinin rolu artır. Bu səbəbdən Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan milli prioritetlərin reallaşdırılmasına töhfə vermək, eləcə də dayanıqlı maliyyə axınlarını təmin etmək məqsədi ilə AMB "2023-2026-cı illər üzrə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi"ni təsdiqləyib. Bu sənəddə dayanıqlı maliyyə sistemləri və onun sabitliyini təmin edilməsi öz əksini tapıb", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər
2023-cü il Azərbaycanın sığorta sektoru üçün yaddaqalan il oldu. Başlayaq ondan ki, “Sığorta fəaliyyəti haqqında” qanun il ərzində bir neçə dəfə dəyişdi. Bununl...