İki gündə Bakı avtovağzalından daşınan sərnişinlərin sayı AÇIQLANDI
16
iyn
2024
11:55
Gücləndirilmiş iş rejiminin iki günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 20 min 623 sərnişin mənzil başına çatdırılıb.
BAKU.WS Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir ki, iki gündə 634 reys həyata keçirilib.
Bildirilib ki, bayramlarla əlaqədar vətəndaşların bölgələrə axını müşahidə edilir. Sərnişinlərə səfərlərini rahat planlamaları üçün biletləri əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.
Qeyd edək ki, hazırda “biletim.az” portalında 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...