Kürdəmirdə leysan yağışlar ictimai həyatı iflic edib - FOTO
Kürdəmir rayonunda leysan yağışlar ictimai həyatı iflic edib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəfil yağmaya başlayan leysan rayonda piyadalar və sürücülər üçün çətin anlar yaşadıb.
Rayonun Xanlar Səfərəliyev və Şəhriyar küçələrində, eləcə də Bakı prospektində vəziyyət daha çətin hal alıb. Belə ki, adıçəkilən ərazilərdə gediş-gəliş tamamilə dayanıb. Sakinlər evlərindən çıxa bilmirlər. Küçələrdə sel sularının hündürlüyü 40 santimetrə çatıb.
Hazırda aidiyyəti qurumların canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində zəruri işlər görülür.
Qalereya
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...