SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaxın vaxtlarda İpoteka və Kredit Zəmanət Fondu Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara satmaq öhdəliyi ilə yeni kirayə mənzillər təklif edəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fondun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirib.

"Mayın 23-də Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində təqdim etdiyimiz 328 tam təmirli mənzili 10 gün ərzində vətəndaşlarımız seçdi və rəsmiləşdirmə yekunlaşmaq üzrədir. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq həmin ərazidə yeni mənzillərin kirayə mexanizmi çərçivəsində təklif edilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.

BAKU.WS