Evi olmayanlar üçün fürsət - 10 gün ərzində şansınız var!

Yaxın vaxtlarda İpoteka və Kredit Zəmanət Fondu Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara satmaq öhdəliyi ilə yeni kirayə mənzillər təklif edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fondun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirib.
"Mayın 23-də Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində təqdim etdiyimiz 328 tam təmirli mənzili 10 gün ərzində vətəndaşlarımız seçdi və rəsmiləşdirmə yekunlaşmaq üzrədir. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq həmin ərazidə yeni mənzillərin kirayə mexanizmi çərçivəsində təklif edilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Ucuz qiymətə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ - Kirayə qaldığınız ev sizin ola bilər
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət edəcək vətəndaşlar Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli...