SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin layihəsi hazırda razılaşdırma mərhələsindədir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyib.

O bildirib ki, yeni informasiya sisteminin əsasnaməsinin və lazım olan normativ-hüquqi sənədlərin hazırlanması ilə bağlı fərmanda 6 ay müddət müəyyən edilib: “Bu müddət ərzində Əmlak Məsələləri Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi tərəfindən layihələr hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir. Hesab edirəm ki, ən gec 1 il ərzində informasiya sistemi tam gücü ilə vətəndaşların istifadəsinə təqdim olunacaq”.

BAKU.WS