Goranboyda güclü sel: Bəzi kəndlərə gediş-gəliş dayandı - Rəsmi şəxslər ezam olundular
08
iyn
2024
21:11
Güclü yağışdan sonra Goranboya sel gəlib.
APA-nın məlumatına görə, bu gün rayonun Veyisli, Rəhimli, Qazanbulaq, Borsunlu, Qazaxlar, Goranlı və Qazançı kəndlərində sel suları fəsadlar törədib. Sel suları sözügedən kəndlərdə əkin sahələrini, avtomobil yollarına ziyan vurub.
Bəzi kəndlərə gediş-gəlişdə çətinliklər yaranıb.
Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndlərə ezam olunublar.
Oxşar xəbərlər
Goranboya güclü yağışdan sonra sel gəlib - FOTO
Güclü yağışdan sonra Goranboya sel gəlib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, gecə saatlarında leysan yağışdan sonra rayonun Qazançı, Goranlı və Kürəkçay q...