Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Zakir Muradov dəfn edilib - FOTO
04
iyn
2024
16:13
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Minad oğlu Muradovla Xaçmaz rayonunun Yeni Sudur kəndində keçirilən vida mərasimi başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Yeni Sudur kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...