Siyəzəndə Birinci Qarabağ müharibəsinin şəhidi Rüfət Cabbarov dəfn edilib - FOTO
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüfət Məmmədhüseyn oğlu Cabbarovun meyitinin qalıqları Siyəzən rayonuna gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Siyəzən rayonunun Dağ Quşçu kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib. Onun nəşi Dağ Quşçu kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Cabbarov Rüfət Məmmədhüseyn oğlu 1971-ci il iyunun 10-da Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olub. O, 1992-ci il oktyabrın 4-də Ağdərənin Çıldıran kəndində itkin düşüb.
Qalereya
Oxşar xəbərlər
31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib - FOTO - YENİLƏNİB
Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Dağaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapı...