“Çaylarda suyun səviyyəsi izlənilir” - ETSN

“Çaylarda suyun səviyyəsi izlənilir” - ETSN
Sosial 67

“Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb. Hazırda da Debed çayında sel davam edir”.

BAKU.WS xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 sm artıb və hazırda da səviyyənin artımı davam edir.

A. Verdiyev Avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını qeyd edib:

"Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir. Yaranmş vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur".

Oxşar xəbərlər

Kürdə suyun səviyyəsi 45 sm artıb

Kürdə suyun səviyyəsi 45 sm artıb

Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 45 sm artıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiy...

50 Sosial 12:52 19 iyun 2023

Son xəbərlər