Yaxın günlərdə Kürdə suyun səviyyəsi arta bilər
“2 iyun saat 9-a əsasən, gecə saatlarında yağan yağışların nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub”.
BAKU.WS xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, Masallı rayonunun ərazisindən axan Viləşçayda suyun səviyyəsi 3 sm, Tovuz rayonu ərazisindən axan Zəyəmçayda 2 sm, Göygöl rayonu ərazisindən axan Gəncəçayda isə 2 sm artım müşahidə olub.
“Gecə saatlarında yağan yağışlar nəticəsində Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində Zərdab rayonu ərazisindən axan Qarasuçayda suyun səviyyəsi 35 sm artıb və bunun nəticəsində Kür çayının Zərdab məntəqəsində də suyun səviyyəsində 71 sm artım müşahidə olunub. Yaxın günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsinin artımı gözlənilir”, - deyə o bildirib.
Oxşar xəbərlər
Kürdə suyun azalması ölkənin kənd təsərrüfatına necə təsir edəcək?
Son zamanlar Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi gündəmə çevrilib, baxmayaraq ki, son iki gündə çayda suyun səviyyəsi 20 santimetrdən bi...