Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimovla vida mərasimi keçirilir - FOTO
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İlqar Şaiq oğlu Rəhimovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Göyçay rayonunun Müskürlü kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, İlqar Şaiq oğlu Rəhimov 1973-cü il mayın 13-də Göyçay rayonunun Müskürlü kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
İ.Rəhimov Müskürlü kənd qəbiristanlığında dəfn olunacaq.
Qalereya
Oxşar xəbərlər
31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib - FOTO - YENİLƏNİB
Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Dağaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapı...