SİZİN REKLAM BURADA!
055 213 76 73


Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Oxu.Az-ın məlumatına görə, buna səbəb səyyar qəbul zamanı etdiyi diqqətsizlik olub.

Belə ki, o, görüşdə özü və ətrafındakı vəzifəli şəxslərə (rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərləri) kölgədə yer rahatladığı halda, onun qəbuluna yazılan Uzuntala kəndinin sakinləri saatlarla günəşin altında oturmaq məcburiyyətində qalıblar.

Onu da vurğulayaq ki, qəbul zamanı yaşlı kişilər bağçalarda körpələrə verilən stullarda əyləşdiriliblər.

Başçının bu addımı isə kəskin şəkildə qınanıb, sərt reaksiyalara səbəb olub.

Məlumat üçün bildirək ki, görüş may ayının 20-si keçirilib.

Qeyd edək ki, Musa Şəkiliyev 2010-cu ildən Qax Rayon İcra Hakimiyyətinin başçısıdır.

BAKU.WS
QALEREYA