Sakinlərinin NƏZƏRİNƏ: Su kəsiləcək
23
may
2024
16:58
Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən” məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d 450 mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq, 2024-cü il mayın 24-ü səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12 ci məhəllələrin bir hissəsinə suyun verilişində fasilə yaranacaq.
Oxşar xəbərlər
Bu gecə Sumqayıtın bir hissəsində su olmayacaq
Sumqayıtın bir hissəsinə suyun verilişində fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb. Bildirilib ki, Sumqayıt ş...