Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı yollardan birində sürət həddi endirilib
16
may
2024
10:00
Yağıntılı hava şəraiti ilə bağlı Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd olunub ki, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə...