Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - YENİLƏNİB
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
***06.18
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq NİİM tərəfindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Eyni zamanda, məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub.
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİB
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə...