SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Sabirabad rayonunun 4 kəndinin qaz təchizatı dayandırılacaq.

BAKU.WS Report-a istinadən xəbər verir ki, A.İsmayılov küçəsindən Muradbəyli kəndini qidalandıran PE 160 mm-lik orta təyziqli qaz kəmərində kipliyin sınaq olunması ilə əlaqədar olaraq sabah saat 10:00-dan işlər etibarən işlər yekunlaşana qədər rayonunun Əsgərbəyli, Qasımbəyli, Yuxarı Axtaçı, Muradbəyli kəndlərində (ümumi 1026 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

***18:54

Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildrilib ki, Nərimanov rayonunun Ceyhun Hacıbəyli, 22 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Sabunçu rayonunun Maştağa qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin hava kompressor vasitəsi ilə kipliyə sınaq olunması və Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsi, 81 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə mayın 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonunun Ceyhun Hacıbəyli, Ülvi Bünyadzadə, Ruhulla Axundov, Bakıxanov, Natiq Şahbazov küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin (tam olaraq) və Bilgəh qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BAKU.WS