SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Heydər Əliyev Sarayının səhnəsində Bel Suono Piano Trio şousu nümayiş olunacaq.
Konsert proqramı aprelin 18-də baş tutacaq və iki saat yarım davam edəcək. 
Milyonlarla tamaşaçının beynində klassik musiqiçilərin ifaları ilə bağlı çevriliş yaradan virtuozlar müəllif adaptasiyasında müxtəlif dövrlərə aid fərqli janrlı şedevrlər ifa edəcəklər.
Bel Suono proqressiv janrında çıxış edən dünyada yeganə piano triosu olan rus qrupudur. Qrupun repertuarına unikal müəllif aranjimanı ilə klassik və müasir musiqinin ən yaxşı nümunələri, eləcə də qrupun solistləri tərəfindən xüsusi olaraq layihə üçün yazılmış yeni kompozisiyalar daxildir.
Bel Suono Piano Triosunun hər konserti xeyirxahlıq və işığın bayramı, sevgi dünyasına səyahətdir.
Qeyd edək ki, Bel Suono dünyada yeganə fortopiano triorusudur. Bakıda Bel Suono üç royalın maqiyasına şahidlik etmək üçün biletləri əldə etməyə tələsin!
BAKU.WS
VİDEO