SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə daha bir səsli mesaj göndərib.
 
BAKU.WS xəbər verir ki, bu dəfə də direktor müavini tələbələrə hədə-qorxu gəlib. 

"O qrupunuzun ağzı göyçək tələbələri Farizi lağa qoyublar, can, bəh-bəh elədiyin müəllimən sənə ultimatum göndərir, can, bəh-bəh elədiyin müəllimən səni tənqid edir, təhqir edir… Mən ultimatumu tək Farizə göndərməmişəm. Mən səsli mesajımda göndərib demişəm ki, (nə dediyimi də çox gözəl bilirəm) dünən axşam məni Fariz, Leyla, Qoşqar əsəbləşdiriblər. Deməmişəm ki, ay Farizə töhmət verəcəm, ay Leylaya töhmət verəcəm, ay Qoşqara töhmət verəcəm. Sizin deyəsən ipinizi çox boş buraxmışıq. Lağa qoyacaq dərəcədə qalxmısınız artıq. Demişəm ki, bundan sonra fakültənin mətbəxini sosial şəbəkəyə çıxardanın hamısının izahatını alıb, birinci xəbərdarlıq, ikinci töhmət verdirəcəm. Uşağa da bəsdirin mənçün orda lağa qoyub can-can, bəh-bəh elədiyin müəllimən sənçün bunları deyir… Abırınız olsun biraz!”

Qeyd edək ki, Aytəkin Zeynalova bundan öncə də tələbələrə səsli mesaj ataraq hədələmişdi. Tələbələrə xəbərdarlıq edərək bildirmişdi ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir götürüləcək.
 
Aynur Ələkbərova
BAKU.WS