Tolikdən Elzaya cavab: "Kişiliyimə şübhəniz var?"
Prodüser Tarix Əliyev (Tolik) əməkdar artist Elza Seyidcahanın onun haqqında dediklərinə cavab verib.
Axşam.az-ın məlumatına görə, E.Seyidcahanın "Haqqımda paylaşımlar edib, məni gözdən salmaq istəyirlər. Sussam da bütün arxiv yazılar məhkəmədə öz haqqına çatacaq. "Ay Allah məni deputat elə" çox şərəfli arzudur. Vay o gündən ki, deyəsən "Ay Allah məni kişi elə". Kim Elzaya sataşar, Allahın qəzasına tuş gələr" sözləri prodüseri əsəbiləşdirib.
Tolik müğənni ilə bağlı bunları bildirib:
"Mənim etdiyim arzu Elzanın xoşuna gəlməyib. Hələ 5 il də yaşayın, İnşallah deputat olacaqsınız. Niyə hamı sizi lağa qoyanda incimirsiniz? Mən sizin şeirinizi paylaşmışam, burda nə var ki? Söymüşəm, yoxsa təhqir etmişəm? Sizin mənim kişiliyimə şübhəniz var? Mən bilmirəm ki, bunu sizə necə sübut edim. Allahıma şükür efirlərə çıxıb etikadan uzaq şeirlərimlə insanların qulaqlarını paslatmıram. Xeyir əməllərimlə nümunə oluram. Mən də bəziləri kimi ildə iki toy edib, pul yığsaydım, indi deputat yox, nazir olmaq istəyərdim. Reklam etməyi xoşlayıram, baxın, sabah hamı sizdən yazacaq, şeirinizdən yox".
Qeyd edək ki, E.Seyidcahanın "Qadın bir şey istəyir" şeiri sosial şəbəkədə tənqid olunub. Tolik ifaçının şeirini paylaşaraq "Ay Allah məni deputat elə" şərhini yazmışdı.
BAKU.WS
Oxşar xəbərlər
Günay Musayeva ağladı (VİDEO)
Tanınmış azərbaycanlı model Günay Musayeva türkcə danışdığı üçün onu qınayanlara cavab verib. BAKU.WS məlumat verir ki, model ATV-də yayımlanan "Bizimləsən" v...