VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlərə maraqlı müraciət edib.

BAKU.WS xəbər verir ki, sədr bildirib ki, köçkün ailələri bundan sonra ailə büdcəsinə nəzarət etməlidir.

"Ailə var ki, 10 nəfərdən ibarətdir. İndi onlar birlikdə 360 manat alacaqlar. Ailə də var ki, 5 nəfərdir, 180 manat alacaq. Bu, böyük vəsaitdir. Məcburi köçkün ailələrinin problemləri də var. O dəqiqə həmin vəsaiti hara gəldi xərcləməsinlər. Kommunal xərclərin vəsaitini ayırıb qırağa qoysunlar. Çünki ayın sonunda kommunal xidmət təşkilatları gəlib qapılarını döyəcəklıər ki, ödə. Narazılıq yaranmasın deyə, böyük vəsaiti alan kimi köçkün sevindiyindən bazara qaçmasın. Əvvəla o vəsaiti kənara qoysun, ondan sonra nə alacaqsa onunla bazarlıq etsin və.s. Yəni ailə büdcəsinə nəzarət etməyə başlasınlar”.
 
Aynur Ələkbərova
BAKU.WS