VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün intihar edən psixoterapevt Dəyanət Rzayevin daha bir maraqlı video müsahibəsi ortaya çıxıb.
 
BAKU.WS xəbər verir ki, o, ölkəmizdə yetkinlik yaşına çatmamış qızlara təcavüz edən kişilərdən danışıb. Belə ki, jurnalistin ona baş verən bir cinayət işini xatırladaraq- 54 yaşlı bir kişinin 12 yaşlı qıza təcavüz etməsi barədə verdiyi sualı cavablandırarkən psixoloq maraqlı məqamlara toxunub. Bildirib ki, bu cür insanların çox zaman psixoloji problemləri olur. 
 
Xatırladaq ki, psixoloqun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.
 
D.Rzayev özünü kəmərlə boğaraq intihar edib.   
 
Aynur Ələkbərova
BAKU.WS