Deputat nikah yaşının 17-yə salınması təklifinə qarşıdır
28
fev
2024
11:56
Milli Məclisin deputatı Vüqar İskəndərov nikah yaşının 17-yə salınması təklifi ilə razılaşmadığını bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında erkən nikahların qarşısının alınması məsələsində qanunların daha sərt olmasının vacibliyini vurğulayıb:
"Nikah yaşının 17-yə salınması təklifi ilə razı deyiləm. Fikrimcə, qanunlar bu sahədə daha yaxşı işləməlidir. Təbii ki, Milli Məclisin üzərinə də vəzifə düşür. Yəqin ki, gələcəkdə qanunlara yenidən baxmalıyıq. Erkən nikahların qarşısının alınması məsələsində qanunlar daha sərt olmalıdır".
Oxşar xəbərlər
Vasif Talıbov niyə Milli Məclisin iclaslarına gəlmir?
Ötən gün Milli Məclisin 2022-ci il payız sessiyası başa çatdı. BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, bu sessiyada parlamentin 19, ümumilikdə il ərzində 37...